Bakı. Günaydın:
Yarmarkada 50-yə yaxın fermer və istehsalçının kənd
təsərrüfatı və qida məhsulları satılır.
Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi
Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası
fəaliyyətə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq
subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida
məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə
yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait
yaradılıb.
<!—->
<!––>
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı,
həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə
əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil
olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal
olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının
sərfəli qiymətlə satışı həyata keçirilir.
Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər
günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.