Bakı. Günaydın:
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi
ərazilərin qaz təchizatında fasilə yaranacaq.
Trend
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat
yayıb.
<!—->
<!––>
Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin
mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz
xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1”
QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə
işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən
qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi,
S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir,
Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər
rayonunun isə Türkan “Üzümçülük” və “Bağlar” yaşayış ərazilərinin
qaz təchizatında müvəqqəti fasilə yaranacaq.