Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divarın
tikintisini 2029-cu ildə, ikinci prezidentlik müddətinin sonuna
qədər tamamlamağı planlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vens çərşənbə günü
açıqlama verib.
<!—->
<!––>
“Düşünürəm ki, prezident Donald Tramp səlahiyyət müddətinin
sonuna qədər bütün sərhəd divarının tamamlanacağına ümid edir. Və,
əlbəttə ki, burada fiziki quruluşdan – sərhəd divarının özündən
danışırıq”, – o, Texas ştatının Eql-Pass şəhərində keçirdiyi
mətbuat konfransında bildirib.
Vens, həmçinin müdafiə naziri Pit Heqset və Milli Kəşfiyyatın
direktoru Tulsi Qabbard ilə birlikdə ABŞ-ın cənub sərhədindəki
miqrant böhranı ilə bağlı vəziyyəti qiymətləndirmək üçün bölgəyə
səfər edib.