Bakı. Günaydın:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan
iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və
kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron
tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında
quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması
barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Agentlik məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi
avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı)
quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin
başladılması ilə əlaqədar 06 mart 2025-ci il tarixdən başlayaraq
təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin
qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə
kənardankeçmə yolu ilə təşkil ediləcəkdir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan
müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli
olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”,- deyə
məlumatda qeyd edilib.