Bakı. Günaydın:
Əgər ötən əsrin sonlarında transərhəd çaylarda təxminən 20
milyard kub metr, yerli çaylarda isə 10 milyard kubmetr su
formalaşırdısa, indi ümumi su ehtiyatlarımız iqlim dəyişmələrinin
təsiri nəticəsində 5 milyard kubmetr azalaraq 25 milyard kubmetrə
yaxındır.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və
Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr
və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
<!—->
<!––>
Onun sözlərinə görə, qonşu dövlətlər tərəfindən ildə orta
hesabla 5 milyard kubmetr su götürüldüyünü nəzərə alsaq görərik ki,
su ehtiyatlarımız hal-hazırda 20 milyard kubmetrə yaxındır ki, onun
da 12 milyard kubmetri və ya 60%-i qonşu dövlətlərin ərazisindən
daxil olur.
“Gələcəkdə transsərhəd çaylar hövzəsində qonşu dövlətlər
tərəfindən istifadə üçün götürülən suyun miqdarının artması və
müxtəlif çirkab suları vasitəsilə onların daha ciddi səviyyədə
çirklənməsi kimi problemlərin daha da kəskinləşməsi su təchizatında
yerli çaylarımızın rolunun daha da artacağına bir işarədir”, – deyə
o, bildirib.