Bakı. Günaydın:
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna yekun
vurulub.
Trend-in
məlumatına görə, son gündə qadınlar gimnastika tiri və sərbəst
hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə
birinci olmaq üçün mübarizə aparıblar.
Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan
Tixonov isə səkkizinci yeri tutublar.
<!—->
<!––>
Ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov qızıl medal
qazanıb. Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.
Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını
toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim
olunub.
Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.