Bakı. Günaydın:
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku
davam edir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu gün yarışın sonuncu günü start götürüb.
Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov
(halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst
hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik),
Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel
qollar), qadınlar arasında Dəniz Əliyeva (4 alətin hər birində)
təmsil edirlər.
<!—->
<!––>
Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək
icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da
təqdim olunacaq.
Dünya Kubokuna bu gün yekun vurulacaq.