Bakı. Günaydın:
bp-nin nəşr etdirdiyi 5 azərbaycanlı müəllifin kitabının
təqdimatı olub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, təqdimat mərasimində tanınmış ədəbiyyat xadimləri,
alimlər və tədqiqatçılar, eləcə də çoxsaylı ədəbiyyatsevərlər bir
araya gəliblər.
Sərginin açılışında bp-nin Xəzər regionu üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli çıxış edib: “Təqdim etdiyimiz beş gənc şair və
yazıçının kitabları, eləcə də daha öncə nəşr edilmiş dörd istedadlı
gənc yazara göstərdiyimiz dəstək Azərbaycanın möhtəşəm mədəni,
bədii və ədəbi irsinin təşviqi və təbliğinə yönəlmiş davamlı
səylərimizin daha bir nümunəsidir”.
<!—->
<!––>
Həmçinin, təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev müasir ədəbiyyatımızın
istedadlı, seçkin gənc yazarlarının kitablarının nəşrinə bp-nin
yardım göstərməsi təqdirəlayiq hal olduğunu qeyd edib: “Ümid edirəm
ki, yüksək poliqrafik göstəricilərlə nəşr olunan bu kitablar gənc
yazarların yaradıcılığının stimullaşmasında əhəmiyyətli rol
oynayacaq”.
Qeyd edək ki, layihə çərçivəsində Qismətin “Tanış küçələrin
birində”, Ruslan Dost Əlinin “3 mart”, Ulucay Akifin “Bayılda
axşamçağı”, El Romanın “Ağ kvadrat” şeirlər toplusu, Rəvan Cavidin
“Gecəni axtaranlar” qısa hekayələr və roman toplusu çapdan
çıxıb.
Beş kitab birlikdə təxminən 570 səhifədən ibarətdir. Kitabların
nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64850 AZN
(38147 ABŞ dolları) təşkil edir.