Bakı. Günaydın:
5 aprel 2025-ci il tarixində İsveçrənin Cenevrə şəhərində
Azərbaycan milli rəqsləri üzrə ustad dərsləri təşkil olunacaq.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Bildirilib ki, dərslər İsveçrə Azərbaycanlıları Koordinasiya
Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin rəhbəri olduğu
“İRS” rəqs qrupunun təşkilatçılığı, Azərbaycandan dəvət olunmuş
rəqqas Firuz Əlövsətovun iştirakı ilə baş tutacaq.
Dərslər böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə
tutulur. Birinci dərsdə iştirakçılara “Naz eləmə”, ikinci dərsdə
isə Azərbaycan mədəni irsinə dərin kök salmış “Yallı” rəqsi
öyrədiləcək.
<!—->
<!––>
Azərbaycan dilində keçiriləcək ustad dərsləri iştirakçılar üçün
ingilis və fransız dillərinə də tərcümə ediləcək.
Sözügedən ustad dərsləri ilə bağlı İsveçrə mediasında da məlumat
paylaşılıb:
https://www.associationakhtar.com/avenir
https://www.geneve.ch/agenda/journee-decouverte-danses-azerbaidjan