Bakı. Günaydın:
Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Korla şəhərindən 120 km
qərbdə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
<!—->
<!––>
Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən
təxminən 366 km aralıda yerləşib.
Seysmik hadisənin episentrində təkanların intensivliyi MSK-64
şkalası üzrə 5,8 bal təşkil edib.