Bakı. Günaydın:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də
Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində
araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının
söndürülməsi prosesini müşahidə edib.
Nazirlər Kabinetindən Trend-ə
verilən məlumata görə, Baş nazir fövqəladə hallar naziri,
nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın
prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat
müşavirəsi keçirib.
<!—->
<!––>
Bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov,
SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının
səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair
məruzə ediblər.
Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının
alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar
verib.