Ankara. Trend:
Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli
bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılışında çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: Burada qeyd edildiyi kimi,
Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl
biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə
iştirak edirik”.