Ankara. Trend:
Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr
həyata keçirir. Baklı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP
kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz
birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini
dəyişdirdi.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin
videobağlantı formatında açılışında çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə
ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini
təmin edir.