Bakı. Günaydın:
Hal-hazırda su obyektlərində götürülən 12-13 milyard kub metr
suyun 30%-ə qədəri nəql zamanı itkiyə gedir və istfadə olunan suyun
miqdarının 80%-ə yaxın hissəsi suvarma üçün nəzərdə tutulur.
Trend-in məlumatına görə, bu sözləri Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və
Mühafizəsinə Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında kadastr
və uçot şöbə müdiri Rafiq Verdiyev deyib.
Onun sözlərinə görə, bu da mövcud iqlim şəraitində nəzərdə
tutulan suvarma norması ilə müqayisədə yüksəkdir:
<!—->
<!––>
“Bunun isə əsas səbəbi kimi əkinçilikdə müasir suvarma
praktikasının lazımi səviyyədə tətbiq edilməməsi ilə bağlı olan
əlavə itkilərin olması və o cümlədən əkinçilikdə tələb olunan qayda
və prinsiplərə tam əməl olunmamasını göstərmək olar”.
“Eyni zamanda suvarma məqsədilə suyu mənbələrdən götürərkən
israfçılığa yol verilməsi torpağın sıradan çıxmasına, o cümlədən
yer səthinə yaxın olan yüksək minerallığa malik qrunt sularının
səviyyəsinin daha da yüksəlməsi nəticəsində torpağın
şoranlaşmasına, məhsuldarlığının azalmasına və ya da əkin
dövriyyəsindən çıxmasına səbəb olur. Su mənbəyindən həddən artıq
çox suyun götürülməsi eyni zamanda çayların ekoloji axımının təmin
olunmaması nəticəsində onun ekosisteminin deqradasiyasına və bəzən
çayların qurumasına səbəb olur”, – deyə o, əlavə edib.