Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar
rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon
Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb
olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş
vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o
cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan
verilmədən söndürülüb.
<!—->
<!––>
Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.
Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə
olunub.