Bakı. Günaydın:
2023-cü il fevralın 28-dən martın 1-nə keçən gecə Tempi
şəhərində baş vermiş qatar qəzasının ikinci ildönümünə təsadüf edən
etiraz aksiyalarında Afinada, Yunanıstan parlamentinin
yaxınlığındakı mərkəzi Sintaqma meydanında etirazçılarla polis
arasında toqquşmalar baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Yunanıstanın “Skai” telekanalı məlumat yayıb.
Məktəblilərin, tələbələrin, həmkarlar ittifaqı və ictimai
təşkilatların nümayəndələrinin iştirak etdiyi mitinqdən sonra
meydanda kiçik toqquşmalar baş verib. Aksiya müxalifət
partiyalarının təqdim etdiyi hökumətə etimadsızlıq məsələsi ilə
bağlı parlamentdə başlayan müzakirələrə təsadüf edib.
<!—->
<!––>
Martın 5-də parlamentdə hökumətə etimadsızlıq məsələsi ilə bağlı
üç günlük müzakirələr başlayıb. Səsvermənin martın 7-də axşam
keçirilməsi gözlənilir. Parlamentin kabinetə etimadı rədd etməsi
üçün 151 səs lazımdır.
Lakin Baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim
“Yeni Demokratiya” partiyası, 300 yerlik bir palatalı parlamentdə
156 səs çoxluğuna sahib olduğu üçün belə bir səsvermənin uğursuz
olacağı gözlənilir.