Bakı. Günaydın:
ABŞ Müdafiə Nazirliyi yeni raket əleyhinə müdafiə sisteminin
yaradılması planlarını ayın sonuna qədər ölkə rəhbərliyinə təqdim
edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bunu Ronald Reyqan Prezident Fondunun təşkil etdiyi forumda
çıxış edən ABŞ Kosmik Qüvvələrinin komandanının müavini general
Maykl Qetleyn deyib.
Onun sözlərinə görə, yeni raket əleyhinə müdafiə sisteminin
yaradılması planlaşdırma mərhələsindədir.
<!—->
<!––>
“Ayın sonuna qədər ideyalarımızı Ağ Evə təqdim etməliyik.
Arxitekturanın müzakirəsinə çox vaxt sərf edirik”, – deyən general
qeyd edib ki, “təhlükədən asılı olaraq” yeni raketdən müdafiə
sisteminin strukturunu dəyişdirmək bacarığına sahib olmaq
lazımdır.
O, həmçinin qeyd edib ki, yeni raketdən müdafiə sisteminin
“idarə edilməsinin” necə həyata keçiriləcəyini və onun işinə hansı
strukturların daxil ediləcəyini müəyyən etmək lazımdır. Bundan
əlavə, Kosmik Qüvvələrin komandanı müavininin sözlərinə görə, bu
sistemin yaradılması üçün “hansı silahlar tələb olunacaq” sualı
yaranır.