Bakı. Günaydın:
Bəzi dövlət qurumlarının səlahiyyətləri Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinə (ADSEA) verilib.
Trend-in
məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə
Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə
və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü
il 29 iyul tarixli 163 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Suların
İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin
Əsasnamə”sinə uyğun fəaliyyətlərin icrası ilə əlaqədar suların
istifadəsi və mühafizsəi sahəsində Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin bir sıra qurumlarından bu səlahiyyətlərin ötürülməsi
istiamətində işlər görülür.
Belə ki, Milli Hidrometeorologiya Xidməti üzrə səth suları
üzərində gündəlik və periodik ölçmələrin aparılması səlahiyyətinin
ötürülməsi məqsədilə:
Milli Hidrometeorologiya Xidmətinin istifadəsində olan 40
avtomatlaşdırılmış və 36 ənənəvi (o cümlədən 5 su anbarı, 2 göl, 29
çay üzərində) hidroloji məntəqələrin Xidmətə təhvil verilməsi;
Milli Hidrometeorologiya Xidmətinin balansında olan 38 avtomat
hidroloji stansiyanın ilkin dəyəri, mədaxil tarixləri, texniki
göstəriciləri və aid olduğu bölmə barədə məlumatların Xidmətə
təqdim edilməsi;
Geoloji Kəşfiyyat Agentliyi üzrə yeraltı su ehtiyatlarının
qiymətləndirilməsi məqsədilə:
363 müşahidə quyusu və həmin quyuların parametrləri barədə
müvafiq məlumatların Xidmətə verilməsi.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi üzrə yerüstü (çaylar,
göllər, su anbarları, Xəzər dənizi və s.) suların monitorinqinin
aparılması məqsədilə:
Respublikanın səth sularında (çaylar, göllər, su anbarlarında)
suların kəmiyyəti və keyfiyyəti üzrə monitorinq və ölçmə işlərinin
nəticələrinə dair məlumatların Azərbaycan Respublikası Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən Xidmətə təqdim edilməsi;
<!—->
<!––>
Xəzər dənizinə axıdılan tullantı yerlərinin koordinatları,
yerləşdiyi ünvan, götürülən və analiz aparılan nümunələr barədə
məlumatların Xidmətə təqdim edilməsi;
2025-ci ildən Xəzər dənizinə axıdılan axarlarda monitorinq və
nəzarət tədbirlərinin Xidmətə tərəfindən həyata keçirilməsi;
Xəzər dənizinin Azərbaycan Respublikası akvatoriyasında
fəaliyyət göstərən çimərlik ərazilər barədə məlumatların Xidmətə
təqdim edilməsi;
2025-ci ildən Azərbaycan Respublikasının ərazisinə daxil olan
transsərhəd çaylarda hər dekadada suyun keyfiyyət monitorinqinin
Xidmət tərəfindən aparılması;
Dövlət Ekoloji Ekspertiza Agentliyi üzrə:
“Su Obyektlərindən Xüsusi məqsədlər üçün İstifadəyə İcazə”
sənədi verilmiş subyektlər barədə müvafiq məlumatların ADSEA-ya
təqdim edilməsi və bu işlərin 2025-ci ildən Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi tərəfindən davam etdirilməsi.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti üzrə:
Sudan qanunsuz istifadə olunmasının, həmçinin su obyektlərinin
çirklənməsinin qarşısının alınması məqsədilə qanunvericiliyinin
tələblərinə uyğun tədbirlərin görülməsi səlahiyyəti ADSEA-ya
ötürülmüşdür.
Bu məsələlərlə bağlı adı çəkilən qurumlarıln Əsasnaməsində
müvafiq dəyişikliklərin edilməsi istiqamətində işlər aparılır.