Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən
beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat
daxil olub.
Nazirlikdən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə
baş verdiyi və sakinlərdən bir neçəsinin binanı tərk edə bilməməsi
səbəbindən təhlükəli vəziyyətlə üz-üzə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın
genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan
verilmədən qısa müddətdə söndürülüb.
<!—->
<!––>
Həmçinin, xüsusi təyinatlı texnikanın – avtokranın tətbiqi ilə
yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin
yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin
divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər yanğından mühafizə olunub.