Bakı. Günaydın:
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2025-ci il Formula 1
dünya çempionatı üçün media nümayəndələrinin akkreditasiyası
təlimatını təqdim edib.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, bu təlimat yarışlara
qeydiyyat, tələb olunan sənədləri və ümumi meyarları əhatə edir.
Akkreditasiya yalnız müəyyən keyfiyyət və tiraj tələblərinə cavab
verən media orqanları, əsasən motosport və idman jurnalistləri,
fotoqraflar və redaktorlar üçün nəzərdə tutulub.
2025-ci il Formula 1 dünya çempionatında media nümayəndələrinin
akkreditasiya prosesində diqqət yetirilən əsas amillər arasında
media orqanlarının peşəkarlığı, təcrübəsi və əvvəlki yarışlarda
göstərdikləri fəaliyyət yer alır. Bu meyarlar media
nümayəndələrinin akkreditasiyadan keçməsində mühüm rol
oynayacaq.
Akkreditasiya prosesi yalnız FIA-nın və Formula One Management
(FOM) şirkəti tərəfindən qərarı ilə həyata keçirilir və istənilən
vaxt xəbərdarlıq edilmədən ləğv edilə bilər.
<!—->
<!––>
Yerli media nümayəndələri üçün akkreditasiya müraciətləri Bakı
Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən qəbul ediləcək.
Qeyd edək ki, media akkreditasiyasına qeydiyyatın tarixi yaxın
zamanda açıqlanacaq.
Qeyd olunan Təlimatla Bakı Şəhər Halqasının veb-səhifəsinə
keçid etməklə tanış ola bilərsiniz.
Xatırladaq ki, paytaxt Bakı builki sürət yarışına sentyabrın
19-21-də ev sahibliyi edəcək.