Bakı. Günaydın:
Bu gün saat 20 radələrində Mingəçevir şəhərində Sabir Abdullayev
idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən piyada,
1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vurub. Piyada aldığı
xəsarətlərdən ölüb.
<!—->
<!––>
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı
cinayət işi başlanılıb, araşdırmalar aparılır.