Bakı. Günaydın:
İkitərəfli pnevmoniyadan əziyyət çəkən və xəstəxanada nəzarət
altında olan Papa Fransisk bütün günü kresloda keçirdi və
katoliklərin müşahidə etdiyi kül çərşənbəsini qeyd etmək
mərasimində iştirak etdi.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında
məlumat verilib.
88 yaşlı pontifikin vəziyyəti stabildir və təkrarlanan tənəffüs
tutmaları qeydə alınmayıb.
<!—->
<!––>
Bir gün əvvəl olduğu kimi, burun boruları vasitəsilə oksigen
tədarükü gecələr maska vasitəsilə süni ventilyasiya ilə əvəz
olunacaq. Tənəffüs fizioterapiyasına hərəkət terapiyası əlavə
edilib. Səhər isə Papa Fransisk yenidən Qəzzadakı katolik kilsəsinə
zəng etdi və bir müddət işlədi.
Bununla belə, bəyanatda vurğulanıb ki, ümumi klinik mənzərə
mürəkkəb olaraq qalır.