Bakı. Günaydın:
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti öz
fəaliyyəti zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifə və
hüquqlardan istifadə edərək qarşıya qoyduğu prioritet tədbirlərin
həyata keçirilməsi nəticəsində müəyyən hədəflərə nail olmağı
planlaşdırır.
Trend-in
məlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə
Nəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinə
və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.
<!—->
<!––>
O, bildirib ki, suların istifadəsi və mühafizəsi sahəsində
sahibkarlıq subyeklərinin və əhalinin maarifləndirilməsi,
Respublika üzrə yeraltı və yerüstü su ehtiyatlarının monitorinq
qiymətləndirilməsi, əhalinin və sahibkarlıq subyektlərinin su
ehtiyatlarından səmərəli istifadə edilməsinə təşviq edilməsi, su
obyektlərinin istifadəsi və mühafizəsi sahəsində mövcud
qanunvericilk aktlarının tələblərinə riayət edilməsi məsələlərinə
nail olmaq planlaşdırılır.
“Bununla yanaşı, içməli su təchizatı və suvarma suyu sahəsində
su itkilərinin azaldılması, transsərhəd suların, o cümlədən
respublika üzrə su və su təsərrüfatı obyektlərində monitorinq və
nəzarət tədbirlərinin gücləndirilməsi ilə su hövzələrinin çirklənmə
dərəcəsinin minimuma endirilməsi, su və su təsərrüfatı obyektlərinə
qanunsuz müdaxiləyə və sudan qanunsuz istifadəyə qarşı mübarizə
tədbirlrəinin gücləndirilməsi, su obyektlərindən xüsusi məqsədlər
üçün istifadəyə icazə sənədi olmadan su götürülməsinin qarşısının
alınması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il
17 mart tarixli 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan
ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi nəticəsində
istifadə edilən suya münasibətdə tariflərin diferensiallaşmasına
nail olunması hədəf olaraq qoyulub”, – o bildirib.