Ağcabədi. Trend:
Ağcabədidə avtomobil aşıb.
Trend-in
yerli müxbirinin əldə etdiyi məlumata görə, rayonun Boyat kəndi
ərazisində qeydə alınan hadisə nəticəsində avtomobilin sürücüsü
xəsarət alıb.
Belə ki, 1993-cü il təvəllüdlü İbrahimli Murad Akif oğlu idarə
etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək
avtomobili aşırıb.
<!—->
<!––>
Nəticədə avtomobilin sürücüsü M.İbrahimli müxtəlif dərəcəli
bədən xəsarətləri alaraq təcili yardım avtomobili ilə Ağdam Mərkəzi
Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.