Bakı. Günaydın:
“Made In Azerbaijan” brendi olan divar kağızları ilk dəfə olaraq
beynəlxalq sərgidə nümayiş etdirilir.
Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən
(İZİA) məlumat verilib.
<!—->
<!––>
Bildirilib ki, agentliyin idarəçiliyində olan Ağdam Sənaye
Parkının rezidenti “Mister Decor” MMC Çinin Pekin şəhərində
keçirilən Beynəlxalq Bina Dekorasiyaları və Materialları Sərgisində
öz stendi ilə təmsil olunur.
“Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət
tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in
Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.
Sərgi 6-9 mart tarixlərini əhatə edəcək”, – deyə məlumatda
vurğulanıb.