Bakı. Günaydın:
Martın 19-da Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF)
təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan
keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, imtahan
7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.
<!—->
<!––>
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı
uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat
təqdim ediləcək.
Qeyd edək ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində
baş tutacaq imtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və
yaş qrupları üzrə cədvəl barədə judo.az saytında ətraflı məlumat
yerləşdirilib.