Bakı. Günaydın:
Bu gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start
veriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, ilk gündə 4 matç keçiriləcək.
Gecənin ilk qarşılaşmasında “Barselona” “Benfika”nı qəbul
edəcək. Bu komandalar arasında ilk görüş İspaniya təmsilçisinin 1:0
hesablı qələbəsi ilə başa çatıb. PSJ “Liverpul”un qonağı olacaq.
Paris təmsilçisi 1-ci görüşdə rəqibinə 1:0 hesabı ilə məğlub
olub.
<!—->
<!––>
Almaniyada “Bayer” “Bavariya” üzərində geri dönüş etməyə
çalışacaq. Komandalar arasında ilk görüş 3-0 hesabı ilə Münhen
təmsilçisinin xeyrinə başa çatıb. “İnter” isə doğma meydanda
“Feyenord”usınağa çəkəcək. İlk qarşılaşmada İtaliya təmsilçisi
inamlı qələbə qazanmışdı.
Qeyd edək ki, 1/8 finalın digər cavab oyunları 12, 13 mart
tarixlərində keçiriləcək.
21:45 – “Barselona” – “Benfika” (1-0)
00:00 – “Liverpul” – “PSJ” (1-0)
00:00 – “Bayer” – “Bavariya” (0-3)
00:00 – “İnter – “Feyenord” (2-0)