Bakı. Günaydın:
Fransa prezidenti Emmanuel Makron Ukraynada Avropa hərbi
kontingentinin potensial yerləşdirilməsi məsələsini müzakirə etmək
niyyətində olduğunu bildirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, Makron bu barədə xalqa ünvanladığı videomüraciətində məlumat
verib.
<!—->
<!––>
Onun sözlərinə görə, Paris müzakirələr üçün bir sıra ölkələrin
baş qərargah rəislərini toplayacaq.
“Biz ilk növbədə Fransa, Avropa və Ukraynanın təhlükəsizliyini
təmin etmək üçün addımlar atmalıyıq. Bütün sülh təşəbbüsləri düzgün
istiqamətdə gedir və mən onları alqışlayıram. Və biz ukraynalılar
Rusiya ilə uzunmüddətli sülh danışıqları aparana qədər onlara kömək
etməyə davam etməliyik,” – deyə Makron vurğulayıb.