Bakı. Günaydın:
Qarşıdakı zamanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin
Moskvada abidəsinin ucaldılması Azərbaycan və Rusiya üçün mühüm
mədəni-humanitar hadisəyə çevriləcəkdir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə bu gün brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova deyib.
“Biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyətə,
dövlət xadiminə böyük ehtiramla yanaşır, xatirəsini qoruyub
saxlayırıq”, – o bildirib.
Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər
şəhərlərində Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı anım
tədbirləri keçirilib.
“Qarşıdakı zamanda abidənin ucaldılması ölkələrimiz üçün mühüm
mədəni-humanitar hadisə olacaqdır”, – o bildirib.
Xatırladaq ki, Moskvada ölkəmizin Rusiyadakı səfirliyinin
yaxınlığındakı xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər
Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.
Xatirə lövhəsində deyilir: “Burada iki dəfə Sosialist Əməyi
Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin
Baykal-Amur magistral yolunun tikintisi və inkişafı Komissiyası
sədrinin abidəsi ucaldılacaq”.
Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev,
Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini
Vitali Savelyev, Baykal-Amur magistralı tikintisinin veteranları,
SSRİ Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşları və başqaları iştirak
ediblər.