Bakı. Günaydın:
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin
qarşısı alınıb.
Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
<!—->
<!––>
“Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart
ayının 5-də saat 20:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları
Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində
ümumi çəkisi 42 kiloqram 950 qram narkotik vasitə (39 kq 650 qram
marixuana, 3 kq 300 qram tiryək) və 100 ədəd narkotik tərkibli
metadon M – 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam
Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin
qarşısı alınıb”, – məlumatda deyilir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.