Bakı. Günaydın:
Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə silahının Avropa
İttifaqını müdafiə etmək məqsədilə istifadəsinə dair müzakirələrə
başlamaq niyyətində olduğunu açıqlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, Makron bu barədə xalqa ünvanladığı videomüraciətində məlumat
verib.
<!—->
<!––>
“Nüvə silahımızın olması bizə kömək edir. Hərtərəflidir. Bu,
başdan sona qədər suveren Fransız çəkindiricidir. 1964-cü ildən isə
o, həmişə Avropada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol
oynayıb. Bizim taleyimiz öz əlimizdədir və biz hərbi ölçüdə seçim
etməliyik, eyni zamanda iqtisadi, texnoloji və sənaye
müstəqilliyimizi də təmin etməliyik,” – deyə Makron vurğulayıb.