Samsung şirkəti yanvar ayının sonunda Galaxy S25 smartfon seriyasını təqdim edən zaman üstəlik nazik gövdəli Galaxy S25 Edge modelini də anons etdi. Lakin sözügedən modelin tam təqdimatı hələ baş tutmayıb. Son məlumat sızıntılarına inansaq, Galaxy S25 Edge modelinin təqdimatı artıq yaxın zamanda baş tutacaq. İndi isə Winfuture saytı sözügedən smartfonun ilk render fotolarını təqdim edib. Məlumatda qeyd edilib ki, Galaxy S25 Edge bazara 3 gövdə rəngində satışa çıxacaq.

Titanium Jet Black (qara titan), Titanium Silver (gümüş titan) и Titanium Icy Blue (buzlu mavi titan). Bu gövdə rəngləri Galaxy S25 Ultra modelində təklif edilən gövdə rəngləri ilə üst-üstə düşürlər. Gözləntilərə əsasən Galaxy S25 Edge modeli artıq satışda olan Galaxy S25+ modelinin bir qədər yaxşılaşdırılmış versiyası olacaq. Nazik gövdəli Galaxy S25 Edge smartfonunun 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunacağı və Snapdragon 8 Elite for Galaxy prosessoru vasitəsilə çalışacağı güman edilir.


Mənbə: GSMarena