Xiaomi-nin REDMI brendi öz yeni gaming monitorunu təqdim edib. Brendin yeni gaming monitoru REDMI G27Q 240 Hz adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. REDMI G27Q 240 Hz artıq Çində satışa çıxıb və onun qiyməti 167$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
