Bakı. Günaydın:
Türkiyə hökuməti Türkiyə və Azərbaycan arasında təbii qaz
sektorunda əməkdaşlıqla bağlı əhəmiyyətli bir sənədi
təsdiqləyib.
Trend “Resmi
Gazete”yə istinadən xəbər verir ki, söhbət Türkiyə Hökuməti ilə
Azərbaycan Hökuməti arasında Təbii Qaz sahəsində Əməkdaşlıq
Sazişindən gedir.
<!—->
<!––>
Adı çəkilən sənəd bundan əvvəl 8 iyul 2024-cü il tarixində
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq
olunmuşdu.
Bu saziş, Türkiyə və Azərbaycanın enerji sahəsindəki
əməkdaşlığını daha da gücləndirərək, hər iki ölkənin enerji
təhlükəsizliyinə və Avropanın enerji təchizatına mühüm töhfə
verəcək.