Bakı. Günaydın:
ABŞ hazırda Ukrayna ilə münasibətlərinin bütün aspektlərini
yenidən nəzərdən keçirir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri
Mayk Uolts məlumat verib.
“Biz bir addım geri çəkilmişik və bu münasibətlərin bütün
aspektlərini dayandırırıq və yenidən nəzərdən keçiririk,” – deyə
Uolts, Ağ Evdə Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarını
bölüşməsinin hələ də dayandırılıb-dayandırılmaması ilə bağlı suala
cavabında bildirib.
<!—->
<!––>
Uolts əlavə edib ki, o, ukraynalı həmkarı ilə münaqişənin həlli
üzrə danışıqların aparılması üçün mümkün yer və onlara gələn
nümayəndə heyətlərinin tərkibi barədə telefon danışığı aparıb.
ABŞ prezidentinin köməkçisi danışıqları baş tutmuş hesab
etdiyini və son sutka ərzində bu sahədə baş verən proseslərlə bağlı
nikbin olduğunu qeyd edib.