Bakı. Günaydın:
Ağcabədidə qəza zamanı sürücü xəsarət alıb.
Trend-in yerli müxbirinin
xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində baş
verib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Tağıyev Səddam
Allahverən oğlu idarə etdiyi “VAZ”2106 markalı 04 BL846 dövlət
nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol
kənarındakı daş hasara çırpılıb.
<!—->
<!––>
Nəticədə sürücü S.Tağıyev müxtəlif dərəcəli xəsarət alaraq
Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.