Bakı. Günaydın:
Beşiktaş yay transfer dönəmində “Real Betis”in yarımmüdafiəçisi
İskonu heyətinə qatmağı planlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə İspaniyanın “El Nacional” nəşri məlumatı yayıb.
İstanbul klubu 32 yaşlı oyunçuya hazırkı maaşının iki qatını
təklif edəcək.
<!—->
<!––>
İsko “Betis”lə 2027-ci ilə qədər müqaviləyə malikdir və onun
transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2024/25 mövsümündə 17
matçda 7 qol və 3 assistlə yadda qalıb.