Bakı. Günaydın:
Argentinanın paytaxtı Buenos-Ayresdə elektrik enerjisinin
kəsilməsi nəticəsində təxminən 2 milyon insan zərər çəkib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsi metro sistemini sıradan çıxarıb
və şəhərin bəzi ərazilərində rabitə problemləri yaranıb. Qəza
həmçinin hökumət sarayına da təsir edib.
<!—->
<!––>
Elektrik tədarükçüsü Edesur şirkətinin verdiyi məlumata görə,
kütləvi elektrik kəsilməsinin səbəbi “bir neçə yarımstansiyaya
təsir edən elektrik xəttindəki nasazlıq” olub. Şirkət həmçinin
bildirib ki, “mütəxəssislərimiz xidmətin bərpası üzərində
işləyirlər”.
La Nacion-un məlumatına görə, hazırda təxminən 1,1 milyon insan
işıqsız qalıb.