Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.
“Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən
Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında
yerləşən “Arzu” mərasim evində keçirilən yoxlama zamanı yanğın
təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin
nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və
dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən
edilib. Belə ki:
<!—->
<!––>
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması
Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– obyektdə yanğın su hovuzu mövcud deyil;
– obyekt tikinti norma və qaydalarının tələblərinə uyğun ehtiyat
təxliyə çıxışı ilə təmin olunmayıb;
– obyekt ilkin yanğınsöndürmə vasitələri, o cümlədən odsöndürən
balonlarla təmin olunmayıb;
– təxliyə planı mövcud deyil;
– obyektin tavan hissələri yanar material olan lambirlə
üzlənilib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş
Sumqayıt şəhəri, 10-cu mikrorayon, Koroğlu küçəsi, 1 ünvanında
yerləşən “Arzu” mərasim evinin fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə
təqdim edilib”, – məlumatda qeyd edilib.