Bakı. Günaydın:
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət
Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə
Laçın rayonunda əmək yarmarkası keçirəcək.
Trend
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi
Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi
Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon
xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev
küçəsi, 138) təşkil olunacaq.
Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava
Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə,
aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji
аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan
çox vakansiya təqdim ediləcək.