Bakı. Günaydın:
T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı “Dədə
Qorqud” tamaşası ilə Bakıda çıxış edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, tamaşanın Bakı premyerası Qırğızıstan Mədəniyyət, İnformasiya
və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
<!—->
<!––>
Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanalievin müəllifi olduğu
“Dədə Qorqud” tamaşası aprelin 3-ü saat 19:00-da Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrında nümayiş olunacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Marat Kozukeev, rəssamı Bakıt
Tilekmatovdur.