Bakı. Günaydın:
İşıqforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insan
həyatı sağlamlığı üçün fəsadlara səbəb olur.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Yasamal
rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində
yol-nəqliyyat hadisəsi baş verib.
<!—->
<!––>
“Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet
sürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəl
qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə
çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan
xilas olurlar.
Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi
xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı,
kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz
bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforun
qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox,
piyadaların da həyatını təhlükəyə atırlar”,- deyə məlumatda
bildirilib.