Bakı. Günaydın:
“Barselona”nın baş məşqçisi Hansi Flik komandasının cinah
oyunçusu **Rafinyanın 2025-ci il üçün “Qızıl top”**a namizəd
olduğuna əmin olduğunu bildirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “As” nəşri yazır.
<!—->
<!––>
“Əlbəttə, namizəddir. O, çox yaxşı oynayır, sürəti və qolları
ilə bizə həmişə kömək edir. Bu xüsusilə son bir neçə matçda nəzərə
çarpırdı. O, yaxşı oyunçuya xas olan bütün keyfiyyətlərə malikdir.
Hücumda olanda onun nə qədər yaxşı olduğunu görə bilərsiniz. O, çox
diqqətlidir. Onun bizim komandada olduğuna görə çox xoşbəxtəm”, –
deyə Flik bildirib.
2024/25 mövsümündə 28 yaşlı Rafinya, “Barselona”nın heyətində
bütün yarışlarda 40 oyun keçirib, 25 qol vurub və 18 məhsuldar
ötürmə edib.