Bakı. Günaydın:
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş,
general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan
evində tapılmış silahlar barədə də danışıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
təqsirləndirilən şəxs sərbəst ifadəsi zamanı Xankəndidəki
mənzilində iki silahı olduğunu deyib:
“Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah
Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi martın 10-da davam etdiriləcək.