Bakı. Günaydın:
Goal nəşri 2025-ci ilin “Qızıl Top” mükafatına əsas namizədlərin
siyahısını təqdim edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, siyahının ilk pilləsində “Liverpul”un hücumçusu Mohamed Salah
qərarlaşıb. Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən misirli
hücumçu komandası ilə İngiltərə Premyer Liqasında növbəti çempion
titulunu qazanmağa yaxındır.
Siyahının növbəti pillələrini isə Kilian Mbappe və Rafinya
tutublar.
<!—->
<!––>
“Qızıl topu” qazanmağa 10 namizəd:
1. Mohamed Salah “Liverpul, İngiltərə)
2. Kilian Mbappe (“Real”, İspaniya)
3. Rafinya Dias (“Barselona”, İspaniya)
4. Lamin Yamal (“Barselona”, İspaniya)
5. Harri Keyn (“Bavariya”, Almaniya)
6. Robert Levandovski (“Barselona”, İspaniya)
7. Vinisius Junior (“Real”, İspaniya)
8. Cud Bellingem (“Real”, İspaniya)
9. Camal Musiala (“Bavariya”, Almaniya)
10. Pedri (“Barselona”, İspaniya)