Bakı. Günaydın:
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FBI) qərargahı, Ədliyyə
Nazirliyi, Federal Mülki Aviasiya İdarəsi və digər federal
qurumlara aid binalar Ümumi Xidmətlər İdarəsinin (GSA) satışa
çıxarıla biləcək daşınmaz əmlaklar siyahısından çıxarılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, əvvəlcə 443 obyekti əhatə edən siyahı 320 obyektə
qədər azaldılıb.
<!—->
<!––>
Bundan əlavə, Kənd Təsərrüfatı, Səhiyyə, Əmək və Veteranlar
İşləri Nazirliklərinin kompleksləri də siyahıdan çıxarılıb.
Həmçinin, Şimali Virciniyada yerləşən və rəsmi olaraq federal
mülkiyyət kimi qeydiyyata alınmayan, lakin Mərkəzi Kəşfiyyat
İdarəsi ilə əlaqələndirilən binalar kompleksi siyahıdan
çıxarılıb.
Bundan başqa, ABŞ Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinə
məxsus meteoroloji peyklərə nəzarət obyekti və Qida və Dərman
Administrasiyasının laboratoriya kompleksi də satış siyahısına
daxil edilməyib.