Bakı. Günaydın:
ABŞ prezidenti Donald Trampın administrasiyası HƏMAS hərəkatı
ilə amerikalı girovların azad edilməsi və Qəzza zolağında daha
geniş atəşkəs razılaşmasının mümkünlüyü barədə şəxsi birbaşa
danışıqlar aparır.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Dohada Trampın girovluq məsələləri üzrə xüsusi
nümayəndəsi Adam Beyler və HƏMAS nümayəndələri arasında görüşlər
keçirilib. Bildirilir ki, ABŞ 1997-ci ildən bəri terror təşkilatı
kimi tanıdığı HƏMAS-la ilk dəfə birbaşa danışıqlar aparır.
Vaşinqtonun səyləri Qəzza zolağında saxlanılan girovların azad
edilməsi və İsraillə uzunmüddətli atəşkəsə nail olmağa yönəlib.
Lakin tərəflər hələlik hər hansı bir razılığa gəlməyib.