Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trüdo
ölkələrin bir-birinə idxal rüsumları tətbiq etməsindən bir gün
sonra danışıqlar aparıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə CNN müxbiri Eleyna Trini ABŞ administrasiyasının
rəsmilərinə istinadən məlumat yayıb.
“Castin Trüdo mənə zəng edərək tariflərlə bağlı nə edilə
biləcəyini soruşdu. Ona dedim ki, Kanada-Meksika sərhədindən keçən
fentanildən çox adam öldü və heç nə məni onun dayandığına
inandırmadı. Dedi ki, daha yaxşıdır, amma mən “bəs deyil” dedim.
Söhbət “bir qədər” mehribanlıqla bitdi! O, mənə Kanadada seçkilərin
nə vaxt olduğunu deyə bilmədi, bu da məni maraqlandırdı, burada nə
baş verir? Sonra anladım ki, o, bu problemdən hakimiyyətdə qalmaq
üçün istifadə etməyə çalışır. “Uğurlar, Castin!”, – deyə Tramp
Truth-da yazıb.
<!—->
<!––>
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar
ki, bütün idxala 25% gömrük rüsumları tətbiq edib. Eyni zamanda,
Çindən idxal edilən mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.
Trüdo Vaşinqtonun Kanadaya qarşı ticarət müharibəsinə
başladığını bildirib və Ottavanın da ABŞ mallarına cavab olaraq 25%
rüsum tətbiq etdiyini açıqlayıb. Kanadanın tarifləri 155 milyard
Kanada dolları (təxminən 107,4 milyard ABŞ dolları) dəyərində
Amerika məhsullarını əhatə edir.