Bakı. Günaydın:
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa
çempionatında sərbəst güləş yarışına yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komanda
hesabında Avropa çempionu olub. İlk dəfə 2022-ci ildə U-23 Avropa
çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4
ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekord
göstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həm
medalların, həm də finalların sayına görə öz rekordunu
yeniləyib.
Belə ki, yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medal
qazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyinin
finalında güləşib. Komandamız 169 xalla kuboku qazanmaqla özünün
yeni xal rekordunu müəyyənləşdirib.
<!—->
<!––>
Türkiyə (117) ikinci, Ukrayna (104) isə üçüncü yeri tutub.
Millimizin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun
Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov
(74 kq), və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq),
Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif
Dursunov (125 kq) isə bürünc medal qazanıb.