Bakı. Günaydın:
İğdır-Naxçıvan qaz xətti Azərbaycan-Türkiyə strateji enerji
tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında
paylaşım edib.
<!—->
<!––>
“Dövlət başçılarının iştirakı ilə bu gün Azərbaycan – Türkiyə
əbədi dostluğunun, qardaşlığının və sarsılmaz birliyinin təzahürü
olan daha bir tarixi əhəmiyyətli layihə – İğdır-Naxçıvan qaz kəməri
istifadəyə verildi. İğdır-Naxçıvan qaz xətti Azərbaycan-Türkiyə
strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni
qapıdır. İğdırdan Naxçıvana illik maksimal 730 milyon kubmetr qaz
nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da
möhkəmləndirəcək”, – paylaşımda qeyd olunub.